• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 06.06.2024 19:40

Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn edilib

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İxtiyar Əkbərovun meyitinin qalıqları Gəncədə torpağa tapşırılıb. Şəhidin ailə üzvlərinin yaşadığı evdə onunla vida mərasimi keçirildikdən sonra tabutu Şəhidlər Xiyabanına aparılıb. Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı il yanvarın 24-də Gəncədə anadan olub. O, 1993-cü oktyabrın 13-də Ağdərə rayonunun Heyvalı kəndində itkin düşüb. 31 il yaxınları ondan heç bir xəbər ala bilməyib. Bundan əvvəl İxtiyar Əkbərov Tərtərin Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Aişə Rzayeva