• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 27.03.2024 10:10

Maraqlıdır

1965-ci ildə Şotlandiya kəndlərinin birində insanlar kinoteatrda “80 gün ərzində dünya ətrafında” filminə baxırdılar. Kinoda bir epizodda qəhrəmanlar hava şarına minirlər. Bu epizod izlənərkən  kinoteatrın damına sanki nəsə düşür. Qorxuya düşmüş insanlar çölə çıxanda dəhşətə gəlirlər. Kinoteatrın damına, eynən kinoda olduğu kimi, eyni rəng və quruluşda olan qəzaya uğramış hava şarı düşdüyünü görürlər. Təssüf ki, şarı idarə edən adam bu qəzadan sağ çıxa bilmir.

Bu bitki küsdüm otudur. Onu maraqlı edən isə, fərqli müdafiə sisteminin olmasıdır. Bu bitkinin yarpaqlarına toxunduqda bir neçə saniyə ərzində, sapla birlikdə yarpaqlarının gövdəyə doğru əyildiyini görürük. Əgər bitkini narahat edən təsir davam etsə bu dəfə küsdüm otu aşağıya doğru ikinci bir hərəkətlə gövdəsinin üzərindəki iti tikanları ortaya çıxarır. Bu da böcəkləri qaçırmaq üçün kifayətdir. Bitkidəki bu hərəkəti reallaşdıran mexanizm elektrik cərəyanları ilə başlayır. Bu axın insan bədənindəki sinirlərdən keçən axın kimidir. Bitkinin reaksiyaları bizdə olduğu qədər sürətli deyil. Bununla birlikdə bitki özünü daşıyan kanallar vasitəsilə çatdırılan elektrik siqnalları 30 santimetrlik məsafəni bir-iki saniyəyə keçir. İstilik nə qədər yüksək olsa, reaksiya o qədər sürətli olur. Hər bir yarpağın dibi  olduqca qabarıqdır. Buradakı hüceyrələr maye ilə doludur. Xəbərdarlıq bura çatdığı zaman yarpağın dibindəki qabarıqlığın alt yarısı birdən suyunu boşaldır və eyni anda digər üst hissə bu suyu özünə çəkir. Və yarpaq aşağıya doğru düşür. Beləlikə xəbərdarlıq saplar boyunca irəliləyərkən, yarpaqlar domino daşları kimi tək-tək, dalba-dal bağlanır. Bu şəkildə müdafiə reaksiyasından sonra bitkinin təkrar hüceyrələrini doldurub, yarpaqlarını aça bilməsi üçün 20 dəqiqə lazım olur.

İtaliyada qız və oğlan bir-birini sevib ailə həyatı qurmaq istəsələr, formal da olsa, elçilik adətlərinə riayət etməlidirlər. Belə ki, oğlan qızı onun atasından istəmək üçün sevgilisinin evinə gəlməlidir. Bu zaman o, mütləq özü ilə çaxır şüşəsi və gül dəstəsi də gətirməlidir.

Fərqli bir elçilik adəti isə ABŞ-dadır. Burda elçilik və toy adətləri əsasən Avropa mənşəlidir. Keçmişdə oğlanlar evlənmək üçün qız evinə hədiyyə ilə gələrək, onun valideynlərindən razılıq istəyirdi. Müasir dövrümüzdə isə oğlan və qız sadəcə valideynlərini xəbərdar edib, xeyir-dua almaq üçün bu addımı atırlar.
Lalə Sadıqova

 

ƏTRAFLI...