Kəpəz Müstəqil Teleradio Şirkəti
“Kəpəz” Müstəqil Teleradio Şirkəti Gəncə şəhərində fəaliyyət göstərir. Televiziyada əvvəlcə musiqili-əyləncəli proqramlar hazırlanıb. 4 iyun 2008-ci ildə “Kəpəz” televiziyasının təşkilat- hüquqi forması dəyişdirildi. Yeni inkişaf dövrünə qədəm basan televiziyada birinci iş yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etmək oldu. Daha sonra televiziyada fəaliyyət üçün istedadlı gənclər işə cəlb olundu. Efirdə yeni simalar, tamaşaçılara isə maraqlı verilişlər təqdim edildi. Bu gün efirdə cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, hüquq, səhiyyə, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda kanal gün ərzində 18 saat efirdə olmaqla bir-birindən maraqlı, 30 veriliş və gündəlik «Bu gün» informasiya proqramı ilə efirə çıxır. Nəzərdə tutulan bütün verilişlər birbaşa insanların şüuruna, onların dünyagörüşünə və mədəniyyətinə təsir edəcək şəkildə tərtib olunur. Televiziyanın nəzdində 15 nəfərdən ibarət Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da öz ana dilimizdə ən son kinoların, cizgi və sənədli filmlərin səsləndirilməsi həyata keçirilərək, yayımlanır. 4 iyun 2009-cu ildə isə “Kəpəz” Televiziyası öz web saytını yaratdı. Telekanalın həmin gün istifadəyə verilən www.kepeztv.az saytı onun fəaliyyəti haqda bütün məlumatları özündə əks etdirir.
Şirkətin idarə heyyəti :
![]() |
Kəpəz Müstəqil Teleradio Şirkətinin Baş Direktoru: |
![]() |
Proqram direktoru: |
![]() |
Xüsusi layihələr departamentinin direktoru: |
![]() |
Xəbərlər xidmətinin direktoru: |
![]() |
İT Xidmətinin rəisi : |
![]() |
Baş mühəndis : |