Silahlı Qüvvələrin 20-ci Azərbaycan çempionatının proqramına daxil olan idman növləri üzrə yarışlar davam edir. Hərbçilərin futbol birinciliyində isə mübarizə artıq başa çatıb.
Mayın 22-dən Gəncədə başlayan yarışın final mərhələsində 12 komanda çıxış edib. Kollektivlər əvvəlcə qruplarda, daha sonra ¼ və yarımfinalda yarışıblar. Çempionatın final və 3-cü yer uğrunda matçı isə Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilib. Bürünc mükafatlara Bakı korpusunu 1:3 hesabı ilə məğlub edən Şəmkir korpusu sahib olub. Beyləqan və Bərdə korpusları arasında reallşan həlledici görüş də bu hesabla nəticələnib. Rəqibindən üstün oyun nümayiş etdirən Beyləqan komandası yarışın qalibi olub.
Fariz Qəhrəmanov- MN-nin Fiziki Hazırlıq Şöbəsinin əməkdaşı: “Futbol bütün dünyada sevilən idman növüdür. Həmçinin də Azərbaycanda çox populyardır. Bizim Silahlı Qüvvələrimizdə də futbola böyük maraq var. Əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz bu idmanla məşğul olur”.
Silahlı Qüvvələrin fiziki hazırlığının yüksəldilməsi üçün hər il müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur. Bu dəfəki çempionatın proqramı 8 növü əhatə edir. Bu oyunların arasında olimpiya və hərbi idman növləri var. Gələn aylarda hərbçilər arasında atletika, səmti müəyyən etmə, voleybol və cüdo üzrə yarışlar keçiriləcək.
Azad Rəfi
- Baxış: 1673