• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 14.03.2024 10:13

Gənc karateçi

Bu dəfə sizə karate idman növü ilə məşğul olan Süleyman bəyi təqdim edəcəm. Karate, qol və ayaqlarla təpik, zərbə və müdafiə blokundan istifadə edən silahsız intizamlı döyüş sənətidir. Bu idmanla məşğul olmaq dəqiqlik tələb edir. Gəlin görək Süleyman bu idmana necə başlayıb?  

Süleyman Həsənov- məşqçi: “Karateyə ilk dəfə 11 yaşımda başlamışam. Daha sonra marağım artmağa başlayıb. Və nailiyyətlər olduqca daha sevməyə başlamışam. İdmanda udmaq da var, uduzmaq da var. Mən bir çox nailiyyətlərim olmasına baxmayaraq pis olmuram, əksinə, daha da çalışıram ki, öz üzərimdə çalışıb, daha yaxşı olum”.

Karatedə  əsas nüanslardan biri də vurğudur. Vurğu bədənin gücünü mümkün qədər təsir nöqtəsində və anında cəmləşdirməkdir. Çarpıcı səthlərə əllər, ayaq topuğu, daban, ön qol, diz və dirsək daxildir. Hamısı yastıqlı səthlərə praktik zərbələrlə sərtləşdirilir. Artıq ustalaşdıqdan sonra  bir neçə düym qalınlığa qədər olan şam lövhələri bir mütəxəssisin çılpaq əli və ya ayağı ilə qırıla bilər. Eyni zamanda zamanlama, taktika və ruh, hər biri ən azı fiziki sərtləşmə qədər vacibdir.

Süleyman Həsənov- məşqçi: “Mən hər zaman uşaq vaxtımdan bəri karate ilə məşğul olmaq istəyirdim. Valideynlərim məni bu idman sahəsinə həvəsləndirdi. İdman özü sağlamlıqdır. Pis vərdişlərdən uzaq olursan, burdan da elə məhz bütün valideynlərə səslənmək istəyərdim ki, övladlarınızı məhz idmana yönəldin”.

Əslində hər bir idmanın fərqli və maraqlı tərəfləri var. Ancaq bəzi qaydalar var ki, onu elə Süleyman bəyin özündən öyrənsək daha yaxşı olar.

Süleyman Həsənov- məşqçi: “Karatedə 3 təməl əsas var. Bunlardan biri olmasa digəri alınmır. Karatedə hərəkətlər çoxdur. Əl hərəkətləri, ayaq hərəkətləri bunlar biri-birindən fərqlənir.

Qalibiyyətləri ilə ölkəmizə qurur hissi yaşadan Süleyman bizə nailliyyətləri haqqında danışdı. Bir çox turnirlərdə, yarışlarda iştirak edib, uğur qazanmasına baxmayaraq, gəncimizin gələcək xəyalları da böyükdür. Gəlin, elə bu nailiyyətlər haqqında uğur sahibinin özündən eşidək.

Süleyman Həsənov- məşqçi: “”Arpaçay open” turnirində mükafatçı olmuşam. “Grandpre” turnirində finalist olmuşam. Olimpiya yarışlarında uğurlarım çoxdur”.

Eyni zamanda istedadlı gəncimiz “Gəncəm” vasitəsi ilə də gənclərə səslənməyi unutmadı. Elə biz də “Gəncəm” adından bütün gənclərə uğur arzu edirik. Eyni zamanda Süleymana da gələcək həyatında daha böyük uğurlara imza atmasınızı ümid edirik.

Süleyman Həsənov- məşqçi: “Burdan bütün gənclərə səslənirəm ki, idmanla məşğul olun. Çünki, idman sağlamlıqdır. Fərqi yoxdur, karate olsun, başqa idman növü olsun”.

Ülvi Cəfərov

 

ƏTRAFLI...