KepezTV Player
Gəncə Şəhər İcra Hakimiyyətinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə “Musiqinin gücü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları təşkil edilir. Bu dəfə Xan bağında “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xalq mahnıları səsləndirilib. İfa edilən əsərlər sakinlərdə xoş əhval-ruhiyyə yaradıb. “Musiqinin gücü” layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ etmək və insanların asudə vaxtını səmərəli təşkil etməsinə imkan yaratmaqdır.
Orxan Cəfərzadə
- Baxış: 260