• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 08.03.2024 12:00

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

KepezTV Player

8 mart - Qadınlar Bayramı Azərbaycanda əsl bayram ab-havasında qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, Azərbaycanda hər il 8 mart qeyri-iş günüdür. Ötən il ölkəmizdə doğulan 112,6 min körpədən 46,9 faizi qız olub. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir. Onların məşğul əhalinin sayındakı xüsusi çəkisi 47,9 faizdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4, fərdi sahibkarlar arasında isə 22,7 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.