• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 21.08.2024 19:11

Üzümün satış qiyməti: azalıb, yoxsa artıb?

KepezTV Player

Gəncədəki bazarlarda artıq 10 gündən çoxdur ki,yerli üzüm satışına başlanılıb. Bazara ilk olaraq tez yetişən üzüm sortları çıxarılıb. Bu il bağlarda bolluq müşahidə olunur. Satıcılar üzümün mövsümə uyğun olaraq daha sərfəli qiymətə satıldığını iddia edirlər. Onlar mövsümün başlaması ilə birlikdə təklifin artmasına baxmayaraq məhsulun bol olması səbəbindən qiymətlərin aşağı düşdüyünü bildirirlər.

Sahib Məmmədov - satıcı : Tələbat belədir də qardaş, yəni xəstəlik vurub çox üzümləri. Amma belə sahədə  80 qəpik, 1 manat arasıdı, biz 1.20-yə satırıq. Yəni üstünə 20 qəpik qoyub satırıq. Tələbat yoxdur  amma alan var. Həm də küçə ticarətində satışları çoxdur ona görə tələbat azdır.

Aləmzər Rəhimova - satıcı : Qiymətlər normaldır, bahaçılıq yoxdur.1  manata da veririk, 80 qəpiyə də veririk.Yaxşıdı bazarlığımız. Gəliş-gediş var şükür. alverimiz yaxşıdır.

Üzümün yeni yetişməsi, yəni nübar olmasına baxmayaraq alıcılar qiymətlərin bahalığından narazıdırlar. Onların qeyd edirlər ki, bu il məhsulun qiyməti keçən ilkinə nisbətən yüksəkdir.

Həsən Quliyev - alıcı : Alası olsa alasıyıq , bahalıq da ki öz yerində.Bahaçılıq həmişə olub də Ikib becırın də zülm çəkir , əziyyət çəkir.Satan da əziyyət çəkir,alan da.

Leyla Həsənova - alıcı : Bu il çox bahadır.Keçən il 1 manat idi üzüm, bu il 2 manatdı.Kəndçi də gətirir baha satır.Deyir mən qəndimi çayımı ala bilmirəm.Biz də ondan alırıq.

Xəyal Mirzəyev - alıcı : Məhsul da boldur qardaş bu il, yəni keçən ilə nisbətən.Bizim yerli təbriz üzümü deyirik. O üzüm hələ bollaşmayıb.Bollaşanda yəqin ki onunla  da qiyməti düşəcək.

Məhsulun baha olmasından dolayı təlabatın aşağı düşməsi üzüm əkini sahələrinin kifayət qədər azalmasına səbəb ola bilər. Bu da fermerlərə görə xoşagələn hal deyil. Onların sözlərinə görə bu ilki aqrotexniki qulluğun,  yəni üzüm məhsulunun yetişdirilməsində istifadə olunan  gübrə və başqa dərman vasitələrinin qiymətinin bahalaşması,bazarlarda qiymət artımına səbəb olan amillərdəndir.

Saleh Abbasov - fermer : Üzümün qiyməti ona görə bu il bahadır ki çəkilən xərclər bahadır.  Yəni dərmanlar,gübrələr hamısı çox baha başa gəlir.Ona görə də üzüm bu il bahadı. Vaxt var idi keçən il 50 qəpiyə də var idi,1 manata da var idi. Amma bu il artıq 2 manata gəlir.2 manat,2.50, belə qiymətlərə gəlir artıq üzüm bazarlarda.

Kənd təsərrüfatı mütəxəssisləri bazarlarda qiyməti bahalaşan üzüm sortlarının səbəbini son zamanlarda intensiv yağışların artması və hava şəraitinin kəskin dəyişməsində görür. Bu səbəblər nəticəsində məhsulda fərqli xəstəliklərin əmələ gəlməsi,  bazardakı qiymətlərə təsir edir.

Hüseyn İdrisov - ADAU bağçılıq kafedrasının dosenti : İstehsala çəkilən xərclər baha gəlir.Maya dəyəri bahadır.Ona görə də məhsul mahadır.İkinci bir tərəfdən  bu il keçən ilə nisbətən 15-20 gün məhsul tez çıxdı. Tək üzüm deyil bütün məhsullar. Amma nəzərə alsaq ki builki yağıntıların miqdarı keçən ilə nisbətən çoxdur. Bu da təsir edir. Süfrə sortları həmişə  baha olur. Niyə? Çünki texniki sortlara nisbətən süfrə sortları az olur. Amma texniki sortlar zavoda, digər emal müəssisələrinə verilən sortlar isə çox istehsal olunur və ucuz olur.

Hələlik satış məntəqələrində və bazarlarda kordinal, Təbriz, və prima adlı süfrə üzümləri satılır.Texniki növ üzümlər yetişdikdən sonra qiymətlərin nisbətən ucuzlaşması gözlənilir.