• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 03.09.2024 18:04

Yaşayış binasında yanğın olub

KepezTV Player

Gəncə şəhəri, 28 May küçəsindəki doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə zamanı 3-cü mərtəbədəki ikiotaqlı mənzilin mətbəx hissəsi yanıb. Əraziyə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Binada yaşayan təxminən 35 nəfər sakin təxliyə edilib. Alov qısa müddətə söndürülüb. Olay nəticəsində ümumi sahəsi 76 kv.m. olan ev 15 kv.m. sahədə yanıb. Yanğının səbəbləri araşdırılır. 

Vüsalə Cənnətova