Cari ildə yetirmələri U-15 və U-17-nin heyətində Avropa və Dünya çempionatlarında medal qazanan güləş müəllimləri üçün təlim keçirilib. Güləş Federasiyasının təşkil etdiyi tədbirdə Gəncəni sərbəst güləş üzrə baş məşqçisi Vüsal Qarayev və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi müəllimi Arzu Rəhimov təmsil edib. Federasiya nümayəndələri bu məşqçilərlə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Vüsal Qarayev- baş məşqçi: “İlin yekunu ilə bağlı Güləş Federasiyasının iclası idi. Demək olar ki, Federasiyanın bütün rəhbər üzvləri orada idi. Və hər bir yaş qrupunun baş məqşçisi orada iştirak edirdi. Güləş Federasiyası tərəfindən yeni açılmış məktəblə bağlı idi. Vurğulandı ki, o məktəbə idmançılar cəlb olunsun. Digər tapşırıqda isə U-15, U17 Avropa və Dünya çempionatlarında medal qazanan idmançıların məşqçi-müəllimləri yenidən başqa qruplar yaradıb, o qruplarda idçmançıları mütəxəssis kimi daha yaxşı yetişdirsinlər”.
Yəni qarşıdakı 1 il ərzində federasiya tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcəklər. Bu istiqamətdə təbliğat və təşviqat işlərinə federasiya dəstək verəcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Arzu Rəhimov- məşqçi-müəllim: “Müəyyən yaş qruplarında istedadlı uşaqlarımız var. Məsəl üçün, 15 yaşa qədər idmançılar arasında Həsən Həsənovdur, İbrahim Əliyevdir, Süleymanov Əliağadır, Samir Hüseynovdur. Bu idmançılara ümid bəsləyirik ki, gələcəkdə yarışlarda nəticə verəcəklər. Müəyyən yarışlar keçiririk ki, uşaqlarımız Respublika birinciliklərinə hazırlıqlı olsunlar”.
Federasiya tərəfindən 2028 və 2032 illərdə keçiriləcək Olimpiya Oyunları üçün daha güclü və rəqabətli heyət formalaşdırmaq üçün bir çox layihə nəzərdə tutulub. Gəncə Güləş Məktəbinin nümayəndələrinin də uğurlu çıxışları ilə milliyə cəlb edilməsi planlaşdırılır.
Ramin Paşayev
- Baxış: 148