Çempionatın bir sıra klubları kimi "Kəpəz" də təlim-məşq toplanışını ölkəni tərk etmədən öz bazasında keçməyə qərar verib. Komandanın ilk məşqi əsasən bərpaedici xarakter daşıyıb. Yüngül qaçışla başlayan futbolçuların məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.
Adil Şükürov - baş məşqçi: Komandamız bugündn inşallah məşqlərə başlayır və komandamızda ümumi durum olaraq hər şey öz qaydasındadır. Futbolçular da hamısı yaxşı dincəlib gəliblər. Komandamız Gəncədə öz doğmaşəhərində məşqərə başlayıb və təlim-məşq toplantısı da burada keçəcək. Bunun üçün də bütün imkanlarımız, bütün şəraitimiz var. Klub rəhbərliyi də sağolsun. Əllərindən gələn bütün imkanlardan istifadə edirlər, ki komanda yaxşı vəziyyətdə çempionat oyunlarına hazırlaşa bilsinlər. Ümumi atmosfer olaraq komandada hər şey qaydasındadır.
İlk məşqdə komandanın heyətinə yeni cəlb olunan Amil Yunanov da iştirak edib. Çempionatın ilk iki dövrəsini “Səbail”in heyətində oynayan 30 yaşlı hücumçu mövsümü “Kəpəzin” sıralarında başa vuracaq. Onunla 5 aylıq icarə müqaviləsi bağlanıb.
Amil Yunanov - "Kəpəz"in yeni transferi: Gəncnin klubu köklü klubdur. Tarixi böyükdür. Bu kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, Gəncədə futbolu çox sevirlər. Mən dəçalışacam ki, əlimdən gələn ən yaxşısını eləyim. Komandaya faydam olsun, köməyim dəysin. Adil müəllim mənə təklif etdi ki, səni klubumuzda görmək istəyirəm. Mən də öz köhnə klubumla danışdım. Düşündüm ki, mənim üçün gözəl variantlardan biridir. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
Hazırlıq prosesi çərçivəsində Kəpəz iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan biri yanvarın 10da "Qəbələ" ilə səfər matçıdır. “Araz–Naxçıvan” ilə nəzərdə tutulan görüş isə klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından ləğv edilib. Əvəzində Gəncə klubu 1-ci divizionda çıxış edən “İmişli” ilə anlaşıb. Qarşılaşma yanvarın 15-də Gəncədə reallaşacaq. "Kəpəz" Premyer Liqanın ilk yarısındakı 3 qələbə, 5 heç-heçə və 10 məğlubiyyətlə aktivindəki 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
- Baxış: 937