Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqası çərçivəsində Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub. 36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib.
"Borussiya" ilə heç-heçə edən PSJ pley-offa yüksələn ikinci komanda olub
Gecənin ən maraqlı qarşılaşması “Borussiya” Dortmund öz meydanında PSJ-ni qəbul edib. Oyunun 51-ci dəqiqəsində Dormuntdan Kərim Adeyemi hesabı açıb. 56-cı dəqiqədə isə rəqib komandadan Zair-Emeri tablodakı rəqəmləri bərabərləşdirib. Hərəyə bir xal götürən komandalar növbəti mərhələyə adlayıblar.
- Baxış: 191