İşğaldan azad edilən ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə maliyyə yardımı ödənilməsi nəzərdə tutulur. Bununla bağlı Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların ödədikləri vəsaitin 20 faizi dövlət büdcəsinin hesabına olacaq.
Günel Bəhramqızı- Dövlət Vergi Xidmətinin əməkdaşı: "Sahibkarlar qaydaların 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiqləyən sənədləri, rəsmi formada imza və möhürlə tədiq edilmiş bank çıxarışlarını, aidiyyəti dövlət müəssisələri ilə bağlanılmış müqavilələri və bildirişə əlavə edilmiş formada məlumat formasını vergi orqanına təqdim etməklə istehlak olunmuş kommunal xidmətlər üzrə maliyyə yardımının verilməsi ilə bağlı dəstək proqramından yararlana bilərlər. Qeyd edirik ki, Maliyyə yardımının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə etmək mümkündür".
- Baxış: 374