• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 06.10.2023 09:02

Türkiyə XİN Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnaməni pisləyib

KepezTV Player

Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir. Türkiyə XİN-nin bəyanatında deyilir ki, illərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist və ayrı-seçkilik salan deputatın ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınayırıq.