• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 06.10.2023 08:55

Sülhməramlılar Ağdərədə, Əsgəran və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini bağlayıblar

KepezTV Player

Rusiya sülhməramlıları kontingenti Ağdərədə, Əsgəran və Şuşa rayonlarında tərəflər arasında keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin bağlanmasını başa çatdırıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, sülhməramlılar Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanmasını davam etdirir. 84 zirehli, 121 avtomobil, 121 hava hücumundan müdafiə texnikası, 105 səhra artilleriya qurğusu, YARS və minaatan, 1 PUA, 7 mindən çox atıcı və tank əleyhinə silah, təxminən 58,5 milyon sursat təhvil verilib.