• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 10.06.2024 19:31

İldırım vurması nəticəsində həlak olan əsgər dəfn olunub

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyev Gəncədə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində əsgərin yaxınları, şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və DSX-nin yüksək rütbəli hərbi qulluqçuları iştirak edib. Yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan Əli Nağıyev 5 ayın əsgəri olub. 

Sərhəd Qoşunlarının xidməti vəzifəsini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu isə Tərtərin İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Pərvin Abbaszadə