5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə Göygöl rayonunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları ziyarət olunub.
Göygöl Suvarma Sistemləri İdarəsində keçirilən tədbirdə dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqətdən söz açılıb. Ulu öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarmasının yaxşılaşdırıldığı vurğulanıb. Genişmiqyaslı və təxirəsalınmaz işlər, həyata keçirilən layihələr nəticəsində su itkisinin azaldığına diqqət çəkilib. İşğaldan azad olunan ərazilərdə görülən işlərin aqrar sektorun inkişafına mühüm töhfələr vediyi diqqətə çatdırılıb. Tədbirdə Göygöl rayonunda əhalinin su ilə təchizatı istiqamətində görülən işlər barədə məlumat verilib. Mövcud nasos stansiyalarının təmiri, yeni subaratezian quyularının qazıntısı və çaylarda sahilbərkitmə işlərinin davam etdirildiyi qeyd edilib. Sonda bir qrup melioratora fəxri fərmanlar verilib.
Vüsalə Cənnətova
- Baxış: 205