• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 04.06.2024 19:45

Ölkəmizdə qaz ixracının həcmi 24 milyard kubmetrdən artıq olacaq

KepezTV Player

1994-cü ildən Azərbaycan enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb. Bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz -  və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. 8 ölkənin Azərbaycan qazını idxal etdiyini bildirən dövlət başçısı ixracın 24 milyard kubmetrdən artıq olacağını vurğulayıb. Prezident bildirib ki, ölkəmiz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcək. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır. Dövlət başçısı azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu da vurğulayıb. 

İlham Əliyev- Azərbaycan Prezidenti: “Son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük. Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq”.

Fərid Mehdiyev