KepezTV Player
Gəncədə 9 yaşlı qız Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ölüb. Gədəbəy sakini Ruqəyya Həsənova tibb müəssisəsinə ağır vəziyyətdə gətirilib. Həkimlərin səyinə baxmayaraq qız dünyasını dəyişib. Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 129