KepezTV Player
Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür. Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb. O, bazar günü oynanılacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək. 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı.
- Baxış: 112