• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1150
— 21.12.2023 16:50

Beynəlxalq yarışlarda uğur qazanan idmançılar qarşılanıb

KepezTV Player

3 idman növü üzrə beynəlxalq yarışda yer tutan gəncəli idmançıların doğma şəhərdə qarşılanma mərasimi keçirilib. Bunlar Savad idman növündə Kəmalə Quliyeva, uşu-sandada Elçin Quliyev, pauerliftinq  üzrə isə Vüsal Ağalarov, Orxan Mahmudov və Nicat Əsgərovdur. Müxtəlif əyarlı medallara layiq görülən Nizami Yurdunun yetirmələri Heydər Əliyev adına Park-Kompleksinin girişindəki Zəfər Tağının önündə qarşılanıblar. Onları təbrik etmək üçün məşqçiləri, yaxınları, eləcə də idman ictimaiyyətinin nümayəndələri parka toplaşıblar. İdmançıların əldə etdiyi nailiyyət yüksək qiymətləndirilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Vüsal Ağalarov- dünya çempionu: “Yarış dünya təchizatsız pauerliftinq versiyasının keçirdiyi 9-cu dünya çempionatı idi. Yarış Rusiyanın Moskva şəhərində keçirilmişdir. Yarışa ümumi ölkələrdən 3500 nəfər iştirakçı qatılmışdı. Çox gərgin, çox ağır mübarizə apardıq. Mən orada 110 kq çəki dərəcəsində ölkəmizi təmsil etdim. 3 hərəkətin cəmində - “squat”, “bench press” və “dead lift” adlanır, toplam 867 kq nəticə topladım”.

Elçin Quliyev- gümüş mükafatçı: “Çempionat Türkiyənin İstanbul şəhərində keçirildi. Mən birinci döyüşümdə Rumıniya idmançısına qalib gələrək finala yüksəldim. Finalda türk idmançısına xal hesabı ilə məğlub olaraq, 2-ci yerə layiq görüldüm”.