• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 20.12.2023 11:27

Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

KepezTV Player

Azərbaycan gimnastları Londonda keçirilən “Winter Stars” beynəlxalq turnirində 7 medal qazanıblar. İdmançılarımız bədii gimnastika üzrə yarışda 6 qızıl, 1 gümüş mükafata yiyələniblər. Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla, Evelin Yoşpa halqa ilə Maya Kozaçuk isə həm halqa, həm də gürzlərlə hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Röya Alıkişiyeva gürzlərə hərəkətdə isə gümüş medal əldə edib.