• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 18.12.2023 15:42

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib. Qruplarda birinci yeri tutan komandalar ikinci yerlərin sahiblərinə rəqib olublar. “Portu” – “Arsenal”, “Napoli” - “Barselona”, PSJ - “Real Sosyedad”, “İnter” - “Atletiko”, PSV – “Borussiya”, “Latsio” - “Bavariya”, Kopenhagen” – “Mançester Siti”, “Leyptsiq” – “Real” cütlükləri qarşılaşacaqlar. 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.