• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 18.12.2023 11:44

Azərbaycan üzgüçüləri Macarıstandakı beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar

KepezTV Player

Azərbaycan üzgüçüləri Macarıstanda yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə qızıl və  gümüş medal qazanıblar. Süleyman İsmayılzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycana daha bir çempionluğu Səid Həmidov qazandırıb. O, 400 metr məsafəyə sərbəst üsulda üzmə ilə qızıl medal əldə edib. Digər üzgüçü Oqtay Hüseynov isə gümüş mükafata yiyələnib.