KepezTV Player
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq. Pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək. Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq. “Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray”, “Lans” , “Braqa, “Benfika” , “Feyenoord”, “Milan”, “Yanq Boyz”, “Şaxtyor”dur.
- Baxış: 125