• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 16.12.2023 18:10

Azərbaycan gimnastları Özbəkistandakı turnirdəki medalların sayını 8-ə çatdırıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Daşkənddə keçirilən beynəlxalq turnirdə daha 8 medal qazanıblar. Fərdi proqramda Fərhad Mustafayev qızıl, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc mükafata layiq görülüblər. Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc mükafata sahib çıxıblar.