• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 07.10.2023 12:12

Sosial şəbəkələr və uşaqlar

Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsidir. Böyükdən-kiçiyə, hamının istifadə etdiyi sosial şəbəkələr bəzən faydalı, bəzən də zərərli ola bilir. Hazırkı dövrdə uşaqdan böyüyə hər kəs sosial şəbəkələrdən geniş şəkildə istifadə edir. Müxtəlif sosial platformalarda yayılan qeyri-etik görüntüləri yetkinlik yaşına çatmamış biri gördükdə bu onun şəxsiyyətinin formalaşmasına olduqca pis təsir edir. Ortaya isə belə bir sual çıxır. Övladlarımızı bu təhlükədən necə qoruya bilərik? Mütəxəssislərin fikrincə, valideynlər övladlarına  tam şəkildə mobil telefondan istifadəyə qadağa qoymasa da, məhdudiyyət tətbiq etməlidir. Onun hansı saytlara daxil olduğuna, hansı mənbələrdən istifadə etdiyinə mütləq şəkildə nəzarət etməlidir.

İncə Məmmədli-valideyn: "Son zamanlar uşaqlarda sosial şəbəkələrə qarşı böyük bir maraq yaranmışdır. Bunun əsas səbəbi videoçarxların rəngli və dəyişkən olması uşaqların diqqəti avtomatik olaraq onlara tərəf yönlənir”.

Lakin mobil cihazlar  uşaqların sosial bacarıqlarına və zehni inkişafına mane olaraq, problem yaradır.

Rahət Hüseynli- Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının şöbə müdiri: “Uşaqlarda duruş pozuntuları kəskin sürətdə artmaqdadır. Bunun da əsas səbəbi uşaqların asudə vaxtlarını telefonlarla, kompüterlə keçirməsidir”.

Uşaqlarınızın rifahı və uğuru sizdən asılıdır. Övladlarınıza texnologiyadan sağlam şəkildə istifadə etməyi öyrədin, bacarıq və vərdişlərini sağlam şəkildə mənimsəməsinə, vətəndaş kimi formalaşmasına kömək edin.

Xuraman Ağayeva

ƏTRAFLI...