• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 06.10.2023 17:01

Ağdamın işğaldan azad edilmiş Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb

KepezTV Player

Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyalarının olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin sözlərinə görə, Ağdamın Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib. E.Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib.