• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 06.10.2023 16:56

Daha 114 ailə Füzuli şəhərinə köçürülür

KepezTV Player

Daha 114 ailə - 412 nəfər Füzuli şəhərinə köçürülür. Ailə tərkibinə uyğun olaraq, onlardan 45-i ikiotaqlı, 54-ü üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.