• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 06.10.2023 10:14

Beynəlxalq Müəllimlər Günü

Ulu Öndər Heydər Əliyev hər zaman “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram”  demişdi. Bu gün bu yüksək adın daşıyıcılarının günüdür. Müəllim adı hər zaman yüksək tutulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra aparılan siyasət nəticəsində bu şərəfli peşənin sahibləri diqqət mərkəzində saxlanılmış, rifahlarının yaxşılaşdırılması istiqamətində bir çox işlər görülmüşdür. Bu müqəddəs sənət sahibləri hər zaman öz ömrünü şam kimi əridib, digərlərinə işıq saçır, öz biliklərini gələcəyin qurucularına öyrədir ki, onlar da gələcəkdə bu vətən üçün faydalı şəxsiyyət olsunlar. Hazırda bu müqəddəs sənət sahibləridən birinin iş prosesini təqdim etmək üçün yollandıq Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbə.

Vəfa Fəhimova- Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: “İşimiz çətin olsa da, çox maraqlı və şərəflidir. Müəllim ilk növbədə şagirdlərinə öyrənməyi öytərməlidir. Mən özüm də çox şeyi müəllimlərindən, yoldaşlarımdan, daha çox şeyi isə şagirdlərimdən öyrənmişəm”.

Sevinc Quliyeva- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin şöbə müdiri: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi adından bütün müəllimlərimizi 5 oktyabr - Müəllimlər Günü münasibətilə təbrik edirik. Onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar diləyirik. Müəllimlərimiz peşəkar kadrların hazırlanmasında, vətənpərvər şagirdlərin yetişməsində misilsiz rola malikdir”.

Biz də “Kəpəz televiziyasının”kollektivi olaraq bütün müəlimləri təbrik edir, onlara can sağlığı və peşə fəaliyyətində uğurlar arzu edirik... Əziz müəllimlər siz həmişə zirvələrdə yaşayın. Yaşayın ki, cəmiyyətimiz də yaşasın.

Xuraman Ağayeva

ƏTRAFLI...