• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 05.10.2023 10:35

Cəbrayıl şəhəri günü

Bu gün şanlı tariximizə yazılmış ən gözəl günlərdən biridir. Öz qanı, canı bahasına 30 illik həsrətə son qoyan igid Azərbaycan oğulları nəhayət ki, 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndini işğaldan azad etdi. Xoş xəbəri eşidən Cəbrayıl sakinlərin sevincini sözlərlə ifadə etmək mümkün deyil. Öz doğma torpaqlarına qayıtmaq üçün günləri sayan Cəbrayıllı bir ailənin sevincini bölüşmək üçün ünvanlarına qonaq olduq.

Nizam Şahməmmədov-Cəbrayıl rayon sakini: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Həmin o qeyrətli vətən oğulları sayəsində torpağımız işğaldan azad oldu”.

Minarə Hüseynova- Cəbrayıl rayon sakini: “Biz günü sayırıq ki, nə vaxt gedəcəyik öz torpağımıza, elimizə-obamıza. O gün olsun ki, biz özümüz gedək, düzəldək, inkişaf edək ”.

Gördüyünüz kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xuraman Ağayeva

 

ƏTRAFLI...