KepezTV Player
Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqların mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək. Bunu prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdə ölkəsinin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda bildirib. Dövlət başçısı Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlığa ümid etdiyini vurğulayıb.
- Baxış: 320