• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 04.09.2024 10:08

Robot idman etməyi bacarır

“Boston Dynamics” şirkətinin robotu Atlasın proqram təminatında yenilənmə olub. Məlumata görə, yenilənmədən sonra robot artıq bəzi idman hərəkətlərini edə bilir. ABŞ-da yerləşən “Boston Dynamics” şirkəti robotların və insan simulyasiyası üçün proqram təminatının dizaynı və konstruksiyasında Atlas adlı robotu ilə sıçrayış edib. Salto aşan və 360 dərəcə dönən Atlas heç vaxt tarazlığını itirmir və hərəkətləri mükəmməl yerinə yetirir. Son yenilənmədən sonra Atlas artıq el arasında “jim” kimi bildiyimiz təkanla qaldırma qabiliyyətinə malik olub. Şirkət özünün ən qabaqcıl robotu olan Atlası daim təkmilləşdirir və onu insan imkanlarına yaxınlaşdırır.