KepezTV Player
Fövqəladə Hallar Nazirliyi Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, təbiət hadisəsi nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün səhər saat 6:09-da Zaqatala seysmik stansiyasından 61 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 4.8 maqnituda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Vüsalə Cənnətova
- Baxış: 305