• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 04.06.2024 19:47

İtkin düşən şəhidlər dəfn olunublar

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Abış Məmmədovun qalıqları ailəsinə təhvil verilib. Şəhidlə Qaradağ rayonu Qızıldaş qəsəbəsində ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin qalıqları Qızıldaş qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Abış Məmmədovun Füzuli rayonunda naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Osman Rəcəbov ilə Zakir Muradovun meyitinin qalıqları Xaçmazda,  Rüfət Cabbarov isə Siyəzəndə dəfn olunub.