KepezTV Player
Bakı-Qazax avtomobil yolunda hərəkət iştirakçılarına təhlükə yaradan sürücü məsuliyyətə cəlb olunub. Birtərəfli hərəkət yolunda müəyyən edilmiş istiqamətin əksinə hərəkət edən “NİSSAN” markalı avtomobilin sürücüsü, Ucar sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb. Baş DYP İdarəsi bu statistikanı xatırlatmaqla, sürücülərə müraciət edərək onları qaydalara əməl etməyə çağırıb.
- Baxış: 139