KepezTV Player
Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir. Üçüncü yarış günündə Azərbaycan millisinin 2 üzvü medal qazanıb. Onlardan biri qızıl, digəri isə bürünc olub. Yunan-Roma güləşçisi Sənan Süleymanov 77 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini məğlub edərək, Azərbaycan yığmasının hesabına ilk qızıl medalı yazdırıb. Qadın güləşçi Alyona Kolesnik isə bürünc mükafata yiyələnib. Buna kimi 3 sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.
- Baxış: 175