2024-cü il üçün hazırlıq planına əsasən, Komando bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir. Komandolar fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər. Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.
- Baxış: 94