• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 21.12.2018 14:17

Gəncə Tibb Kollecində yeni elektron kitabxana istifadəyə verilib

KepezTV Player

Tələbələrin təhsil aldığı müddətdə elmi nəşrlərə əlçatanlığını daha səmərəli etmək və yeni ədəbiyyatlarla təminatı üçün nəzərdə tutulan kitabxanada tibb elminin müxtəlif istiqamətləri üçün yazılan minlərcə kitab və dərs vəsatləri mövcuddur. İnternet xəttinə qoşulan elektron kitabxana vasitəsi ilə ölkədaxili, eləcə də xaricdə fəaliyyət göstərən bu kimi kitabxanalarla informasiya mübadiləsi aparmaq da mümkündür. Eləcə də tələbələr öz şəxsi kodlarından istifadə etməklə distand şəkildə, internetdən istifadə etməklə kitabxanan xidmətindən yararlana bilərlər. Yeni kitabxananın istifadəyə verilməsi münasibətilə təşkil edilən tədbirdə görülən bu kimi işlərin gənclərin gələcəyin peşəkar kadrı kimi yetişməsi işinə töhfə verdiyinə diqqət çəkilib.

Urfanə Dadaşova tələbə: Bu kitabxana fəaliyyət gösdərmədən əvvəl, kitabları əldə etmək və oxumaq üçün çox çətinlik çəkirdik. Çünki elə müəlliflər var ki, onların kitablarını əldə etmək mümkün deyil. Kitabların coxu kirilcə olduğu üçün və bizim tələbələrdə bu əlifbanı oxuya bilmədikləri üçün çox çətinlik çəkirdik. Inanıram ki, tibb kollecində bu şərait yaradıldıqdan sonra, tələbələrimizin təhsili daha da yüksələcək və tibb kollecimiz respublikanın ən qabaqcıl kolleclərindən biri olacaq. 

Sevda İsmayılova tələbə: Biz istədiyimiz yerdə, gəzməkdə, tətildə, harda olur olsun internet olan hər yerdə parol və kodumuz vasitəsi ilə girib dərslərimizi oxuya bilərik və imtahanlara lazımı kimi hazırlaşa bilərik. Bunun üçün hər kəsə təşəkkür edirəm.