Tarixin ən qəribə ixtiralarından birinin 1900-cü illərdə edildiyini söyləmək mümkündür. 1929-cu ildə ABŞ-də bir qrup gənc qadın öz əlləri ilə dənizdə geyinmək üçün çimərlik paltarı hazırlayıblar. Lakin çimərlik paltarının xammalı indiki formasından fərqli olaraq təəccüblü şəkildə ağacdan hazırlanmışdı. Çox nizamlı kəsilmiş parçalardan bir araya gətirilən qadın çimərlik geyimləri diqqət çəkməyi bacarıb. Hər cəhətdən yararsız olan bu tip çimərlik paltarının iki məqsədi var idi. Birincisi, bu ixtira qadınları bir çox tekstil məhsullarında, xüsusən də çimərlik geyimlərində öz brendlərini yaratmağa və yaradıcılıqlarını ifadə etməyə təşviq etmək idi. İkincisi, ABŞ-ın Vaşinqton əyalətində ağac ticarəti ilə məşğul olan bir şirkətin reklamı idi. Qadınların bu təşəbbüsü, o illərdə xüsusilə Vaşinqtonda müsbət maraqla qarşılansa da, qadınlar daha rahat parçalardan olan çimərlik geyimlərinə üstünlük verməkdə qərarlı idilər. Və zaman keçdikcə, bu fikirlərini inkişaf etdirərək istədikləri nəticəni alıblar. Nəticə yetəri qədər yaxşı olub ki, bu günə kimi gəlib çatıb.
Texas sakini Allan Folbi bir gün maşın qəzasına düşür. Bu qəzada o ayaq arteriya damarını zədələyir və ağır şəkildə yaralanır. O, bu zədəyə görə ölə və ya yerimə bacarığını itirə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz avtomobili ilə keçən, Alfred Smit adlı insan çatır. Alfred dərhal Allana kömək etmək üçün, onun ayağını qanqrena olmasın deyə, sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Bu köməkdən sonra Allan Fobi ölümdən qurtulur. Bu hadisədən tam 5 il sonra dəhşətli bir mistika baş verir. Artıq çoxdan sağalmış Allan Fobi avtomobil sürərkən yolda qəzaya uğramış digər bir maşın görür. O, dərhal avtomobilin sürücüsünə kömək etmək üçün, öz avtomobilini saxlayıb, qəza yerinə yaxınlaşır. Qəzaya düşən şəxsin ayaq damarı kəsilib və vəziyyətinin heç də ürək açan olmadığını görür. O, həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smit adlı şəxs idi. Nəticə olaraq isə, Smit tezliklə öz sağlamlığına qovuşur və bu hadisə onlar arasında dostluğun yaranmasına səbəb olur.
Braziliyada çay mədəniyyəti, ta keçmiş zamanda Amazon bölgəsində yaşamış insanların hazırladıqları çaya dayanır. Belə ki, ölkənin ən böyük çay idxal edən bölgəsi San Paolu şəhərinin, yaxınındakı sahil şəhəri Registrodur. Bu ölkədə becərilən çayın 70% Amerikaya satılır.
Maraqlı çay adəti olan ölkələrdən biri də Pakistandır.
Burda çay südlə verilir. Amma şəkər ayrıca verilir. Bu ölkədə ən çox atma çaydan istifadə edirlər. Qara çay mütləq südlə içilir, nadir hallarda südsüz içilə bilər. Yaşıl çaya isə süd qatılmır. Pakistana ən çox Keniyadan çay idxal olunur.
Lalə Sadıqova
- Baxış: 6808