• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 10.01.2024 13:32

Xankəndi və Xocavənddə müxtəlif sursatlar aşkarlanıb

KepezTV Player

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd tüfəng tapılıb. Eyni zamanda 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 Xocavənddə 23 əl qumbarası və müxtəlif sursatlar aşkarlanıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı da hərbi sursatlar aşkar edilib. Polis əməkdaşları 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.