Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Daşkənddə keçirilən beynəlxalq turnirdə daha 8 medal qazanıblar. Fərdi proqramda Fərhad Mustafayev qızıl, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc mükafata layiq görülüblər. Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc mükafata sahib çıxıblar.
- Baxış: 153