KepezTV Player
Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib. 1942-ci il təvəllüdlü Gila Sətdarova və onun nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Sətdarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, nənə və nəvə yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 251