• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 06.03.2024 15:50

Bu il uşaq bağçalarının tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçirilməyəcək

Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun
sözlərinə görə, yalnız diaqnostik qiymətləndirilmə olacaq. Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. Proses hansısa region üzrə qrup şəklində olacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək.