KepezTV Player
AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb. Bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib. Qərar qurumun İcraiyyə Komitəsinin fövqəladə iclasında qəbul olunub. İtaliyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi qəbul olunub. Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.
- Baxış: 223