• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 31.10.2023 09:37

Gəncədə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunub

KepezTV Player

Gəncədə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunub. Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə rəsmi tədbir keçirilib. Tədbirdə baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.