• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 28.10.2023 21:09

Taekvondoçu qitə yarışından medalla dönüb

KepezTV Player

Nizami yurdunun yetirməsi Serbiyanın paytaxtı Belqradda təşkil edilən uşaqların açıq Avropa çempionatında döyüşüb. 36 kq çəkidə mübarizə aparan Zaur Hüseynov ümumilikdə 4 döyüşə çıxıb. Azyaşlı idmançı ardıcıllıqla Serbiya, Bosniya və Hersoqovina və Bolqarıstan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova taekvondoçusuna uduzaraq bürünc mükafata yiyələnib.

Zaur Hüseynov- Avropa birinciliyinin bürünc mükafatçısı: Bu, mənim ilk beynəlxalq yarışım idi. Yaxşı hazırlaşmışdım və qızıl medal arxasınca getmişdim. Ancaq bürünc medal qazandım. Çox sevinirəm ki, Vətənə medalla döndüm və məşqçilərimin ümidini doğrultdum. Mən daha çox məşq edib səhvlərimin üzərində işləyəcəm ki, qarşıdakı yarışlarda qızıl medal qazanım”.

Zaurun şəxsi məşqçisi İmran Zalov yetirməsinin çıxışını yüksək qiymətləndirib. Onun bu nailiyyətinin Gəncə taekvondosu üçün təkan olacağını deyib.

İmran Zalov- məşqçi: “Ona ümidlərimiz çox yüksək idi, çox şükür ki, ümidlərimizi doğrultdu. Müəyyən şanssızlıqlara görə bürünc medal qazandı. Bunun özü də böyük bir uğurdur. Taekvondo Olimpiya İdman növüdür. Avropadan gətirdiyimiz nəticə də Gəncə taekvondosu üçün böyük bir təkan, yeni bir qığılcım idi. Ümid bəsləyirik ki, bu qığılcımdan sonra Zaur və digər idmançılarımız bu uğurun  ardını gətirəcək”. 

Zaur Hüseynovun növbəti sınağı Bakıda olacaq. Cavadxan yurdunun yetirməsi dekabrın sonunda Azərbaycan birinciliyində qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə