• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 15.08.2024 19:58

Göyçayda qətl hadisəsi baş verib

KepezTV Player

Göyçayda 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.