• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 05.08.2024 19:58

Mövsüm xəstəliyi: Gözdə qaşınma, sulanma nəyin əlamətidir?

KepezTV Player

Yay fəslində Günəş şüası və tozla əlaqədar olaraq gözlərdə sulanma və batma hallarına insanlar arasında geniş rast gəlinir. Bu hal istər böyük istər uşaqlarda son aydır daha çox yayılıb. Bunu xəstəxanalara olunan müraciət sayından da görmək olar.

Dünyamin Abuzərli- oftalmoloq: Havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də canlanmasına şərait yaradır. Bununla əlaqədar olaraq bir çox şikayətlər olur. Bunlar sırasında gözün qızarması, sulanması, yaz konyuktiviti dediyimiz xəstəliklər olur. Bu xəstəliklər 5 yaşdan ta 60 yaşa kimi rast gəlinir. Burda xəstələrdə artım da görürük. Əvvəl bu şikayətlə 5 xəstə müraciət edirdisə, indi o, ikiqat artıb.

Yüngül kliniki əlamətlərlə keçən hallarda gözə soyuq kompres, Günəşdən qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi vaxtlarda başqa preparatlar təyin olunur.

Almaz Talışxanova- şəhər sakini: Gözümdə mövsümlə əlaqədar olaraq bir az problemlər var idi. Gözümdən yaş axırdı, qaşınma olurdu. Onunla əlaqədar olaraq xəstəxanaya yaxınlaşdım. Dünyamin həkim baxdı, müalicə elədi, 1 həftə olar. İndi təkrar gəlmişəm. Hər şey yaxşıdır.

Mütəxəssislər tövsiyə edir ki, belə problemlərdən əziyyət çəkən insanlar bayıra çıxan zaman gün eynəkləri taxmalıdılar. Qeyd olunan göz xəstəliklərinin simptomları olan şəxslər həkim təyinatına əsasən göz damcılarından istifadə etməlidirlər.

Dünyamin Abuzərli- oftalmoloq: Bu şikayətlər zamanı nəmləndirici damcılardan istifadə etməyi tövsiyə edərdim. Gündən qoruyucu eynək və papaqlardan istifadə eləmək tövsiyə olunur. Gözə zərərli olmayan eynəklər taxılmalıdır. Bir çox eynəklər var ki, gözə ziyan verə bilər. Anti-blik xüsusiyyəti olan eynəklər Günəşin ultrabənövşəyi şüalarından qoruyan eynəklərdir. Bunlardan istifadə daha məqsədəuyğun olardı.

Həkimlər deyir ki, son dövrlər göz xəstəliklərində cavanlaşma da müşahidə olunur. Kompüter və telefona aludə olan uşaqlarda quru göz sindromunun yaranması ilə əlaqədar kliniki əlamətlər özünü göstərir.

Ceyhunə Məmmədova- şəhər sakini: Uşağın gözündə problem yarandığı üçün həkimə gətirdim. Gözündə qızarma var idi. Allergik xəstəlik kimi idi. Həkim müayinə elədi, müalicə yazdı. İnşallah, yaxşı olar.

Gözlər insan həyatında mühüm rol oynayır. Ona görə də gözlərimizi qoruyaq ki, onun köməyi ilə biz dünyanın bütün gözəlliklərini görə bilək.