• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 02.08.2024 20:24

Vətəndaşların seçki hüququna həsr edilən tədbir keçirilib

KepezTV Player

Gəncədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbir keçirilib. Tədbir İnsan Hüquqları üzrə Müvəkkilin və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Toplantıda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Gəncədə, o cümlədən, ətraf rayonlarda fəaliyyət göstərən seçki komissiyalarının üzvləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd dairə, məntəqə seçki komissiyaları üzvlərinin peşə və hüquq mədəniyyətinin artırılması, həmçinin seçki günü müşahidəçi olan şəxslər üçün qanunda nəzərdə tutulan hüquqların realizəsinə şəraitin yaradılması ilə bağlı onları maarifləndirmək olub.